• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

Unibankın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub
09.09.2024 18:02
"Unibank”ın "Əjdaha” lotereyasının birinci tirajının qaliblərinə əsas hədiyyələr birbaşa təqdim  olunub, pul uduşları isə qaliblərin kartlarına köçürülüb.
Xatırladaq ki, Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
 
"Əjdaha” lotereyasının ilk qalibləri  öz təəssüratlarını bölüşüblər:

Birinci tirajda iPhone 15 Pro qazanan Y. İbrahimov uzun illərdir Unibank müştərisidir: "Qaliblər siyahısında olduğumu deyəndə, çox sevindim. Unibank şəffaflığı ilə yenə də fərqini ortaya qoydu”.

iPhone 15 Pro-nun daha bir qalibi  N.Sadıqov 10 ildən çoxdur Unibank müştərisidir. Lotereya müddətində daha çox qazanmaq üçün bütün alış-verişlərini, ödənişlərini UCard-la edib: "Qalib olmağımla bağlı zəng gələndə, əvvəlcə inanmadım, sonra 117-yə zəng edib dəqiqləşdirdim. Müştərilərinə sevinc yaşatdığına görə "Unibank”a minnətdaram”.

Toyota Corolla Cross avtomobilinin qalibi E.Yusifov da 5 ildən çoxdur Unibank kartından istifadə edir: " Doğrusu, lotereyadan məlumatım yox idi deyə, Xəzər TV canlı efirindən zəng gələndə ki avtomobil qazanmısınız, əvvəl zarafat kimi qəbul etdim. Bu gün burada maşını təhvil alanda isə o sevinci təkrar yaşadım”.
 
"Əjdaha” lotereyasında telefon sahibi olan C. Rzayev lotereyadan məlumatlı olduğu üçün bütün ödənişlərini Unibank kartı ilə edib ki, qalib olmaq şansı çox olsun:”Lotereyanın şəffaf keçəcəyinə inanırdım, amma özümün qalib olacağına yox. İndi hədəfim maşındır. Ona görə çalışacam ki, şanslarımı daha çox artırım”.

Təqaüdçü Ə. Əbdurəhimov isə 20 ildən çoxdur Unibank müştərisidir: "Mən həmişə alış-verişimi Unibank kartı ilə eləmişəm. Çox rahat kartdır. Lotereyadan xəbərim  yox idi. Zəng edəndə də, fikirləşdim kimsə zarafat edir. Qızım adımı bankın saytından tapıb göstərəndən sonra, inandım ki telefon udmuşam”.
Birinci tirajın ikinci Toyota Corolla Cross avtomobilinin qalibi C. Zeynalov üçün də gələn zəng sürpriz olub: "Cəmi bir neçə gün əvvəl sürücülük vəsiqəsi almışdım, hətta evdə deyirdim ki, maşını yəqin bir neçə ilə ala bilərəm. Unibank məni çox sevindirdi, arzumu reallaşdırdı”.
 
Növbəti tirajlarda hələ 1000-dən çox Unibank müştərisini lotereyanın qiymətli hədiyyələrinə sahib olmaq şansı gözləyir. Odur ki, sentyabrın 20-dək ödənişlərinizi Unibank kartları ilə edin və ikinci tirajda qalib olmaq şansınızı artırın. Hər 10 manat bir şansdır. Hər tirajda minimum 50 manatlıq ödəniş etdiyiniz halda, lotereyada iştirak şansı qazanırsınız. Bu zaman əvvəlki tirajda qazandığınız şanslar da yeni şanslarınıza əlavə olunur.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
 
Unibank kartınla xərclə və "Əjdaha” lotereyasında iştirak et!
 
Unibank -Sənin Bankın

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol