• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir

Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir
26.09.2024 17:06
Unibank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixində keçirilən "Yaşıl maliyyə" konfransının əsas dəstəkçiləri sırasındadır. Konfransın dəstəkçiləri siyahısında "Unicapital” İnvestisiya Şirkəti də yer alıb. Noyabr ayında ölkəmizdə baş tutacaq mötəbər COP29 tədbiri ərəfəsində iqlim gündəliyinin əsas mövzularından olan yaşıl maliyyələşmənin mobilizasiyası üzrə maraqlı çıxışların səsləndiyi konfransda, hökumət rəsmiləri, beynəlxalq ekspertlər və yerli maliyyə qurumlarının rəhbərləri iştirak edib.
 
"Unibank”ın İdarə Heyətinin sədri Fərid Abuşov konfransın "Dayanıqlı maliyyə məhsulları”na həsr olunan panelində çıxış edərək, Azərbaycan maliyyə institutları üçün iqlim dəyişmələri və iqlim gündəliyi fonunda dayanıqlı və yaşıl maliyyə məhsullarının inkişaf etdirilməsinin zərurəti, o cümlədən "Unibank”ın yaşıl maliyyə məhsullarının hazırlanması və dayanıqlı maliyyə istiqamətində addımlar amağa başladığını qeyd edib. İdarə Heyətinin sədri vurğulayıb ki, yaşıl istiqrazların və digər yaşıl maliyyə məhsullarının inkişafı ölkəmizdə dayanıqlı maliyyə axınlarının  formalaşmasına, "Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi” milli prioritetinin reallaşmasına töhfə verəcək.

"Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazovun moderatorluq etdiyi  "Yaşıl investisiya və infrastruktur” panelində dayanıqlı maliyyə axınlarının inkişafının dəstəklənməsi üzrə adekvat infrastrukturun formalaşdırılması istiqamətində müzakirələr aparılıb.  Sözügedən paneldə "Unibank”ın Dayanıqlılıq üzrə Meneceri Səmra Talışinskaya-Abbasova yaşıl maliyyələşmənin təşviqi, habelə ətraf mühit və sosial risklərin idarə edilməsi istiqamətində texnoloji innovasiyaların tətbiqinin əhəmiyyəti üzrə çıxış edib.

Konfrans çərçivəsində Yaşıl maliyyənin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
 
Unibank-Sənin Bankın!
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol