• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək

Kapital Bank-ın  sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək
27.09.2024 11:21
Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə 22 oktyabr 2024-cü il tarixində "Agile Azerbaijan International Summit-2024” ("Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) həyata keçiriləcək. Tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərindən biridir. Sammitin builki əsas istiqamətləri "Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri”, eləcə də "Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” olacaq. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə ediləcək.  

• Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?

• Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?

• Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası

• Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr

Bundan əlavə sammitdə Agile, məhsul idarəetməsi və AI sahəsində dünya ekspertlərinin çıxışları, əsas mövzular üzrə praktiki təlimlər və panel müzakirələri, eləcə də təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar həyata keçiriləcək.
Ətraflı məlumat üçün: https://agileazerbaijan.com/

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan Kapital Bank artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. Kapital Bank eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq "Great Place to Work” ("Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, "Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol