• $
  • €
  • ₽
  • ₺
  • £

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı

ABB konsolidə edilmiş maliyyə hesabatlarını açıqladı
02.10.2024 16:06
ABB Maliyyə Qrupu 30 iyun 2024-cü il tarixinə cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabatda ABB-nin, Bankın törəmə şirkətləri olan "ABB-Moskva”-nın, "ABB-GEO” QSC-nin, Azərikard prosessinq mərkəzinin, "Beynəlxalq Lizinq Şirkəti”nin və "ABB-İnvest” İnvestisiya Şirkətinin 6 aylıq fəaliyyət nəticələri öz əksini tapıb.
 
Qrupun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manata çatıb. Bank bu müddət üzrə 50 milyon 315 min manat mənfəət vergisi xərci hesablayıb. ABB Qrupunun 6 aylıq maliyyə hesabatlarını qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY şirkəti təhlil edib.
 
Xatırladaq ki, cari ilin 11 iyun – 24 sentyabr tarixləri arasında həyata keçirilən səhm emissiyası nəticəsində ABB-nin səhmdarlarının sayı 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə yüksəlib.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol