• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb

Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
24.10.2024 07:34

Qazaxıstanın boru kəməri operatoru KazTransOil (KTO) KZTO.KZ oktyabr ayında "Drujba" boru kəməri vasitəsilə Almaniyaya neft ixracını sentyabr ilə müqayisədə sutkalıq ifadədə 11% azaldaraq 145.000 tondan 133.000 tona endirməyi planlaşdırır. Иг ифкэвэ KTO-nun "Reuters"ə göndərdiyi yazılı cavabda bildirilib.


Yanvar-sentyabrda KTO Almaniyaya 1,081 milyon ton neft göndərib, bu isə ötən ilin eyni dövründəki 0,590 milyon tonla müqayisədə 83% artım deməkdir. 


Nəqliyyat şirkətinin məlumatına görə, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə tədarükləri oktyabrda sentyabrdakı 138.000 tondan 12% artaraq 160.000 tona çatacaq.


2024-cü ilin doqquz ayı ərzində BTC istiqamətində Qazaxıstan neftinin ixracı 2023-cü ilin eyni dövründəki 0,990 milyon tonla müqayisədə 1,092 milyon tona yüksəlib (10% artım).


"2024-cü ilin yanvar-sentyabr aylarında Rusiya neftinin Qazaxıstan ərazisindən Özbəkistana tranziti ötən ilin eyni dövründəki 80.000 tondan 199.000 tona yüksəlib",  - KTO məlumat verir.


Qazaxıstan Avropada Qazaxıstan xammalına olan artan maraq fonunda Rusiya limanlarına alternativ ixrac marşrutlarını genişləndirir. Bununla belə, Xəzər Boru Kəməri Konsorsiumu (XBK) Qazaxıstan neftinin əsas ixrac istiqaməti olaraq qalır.


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev beynəlxalq qeyri-sabitlik şəraitində neft sənayesi üçün prioritet vəzifələrdən biri kimi ixrac marşrutlarının inkişafını və diversifikasiyasını qeyd edib.


DRUJBA


Karacanaq və Kaşagan yataqlarından hasil olunan neft KEBCO (Kazakhstan Export Blend Crude Oil) markası altında "Drujba" boru kəmərinin şimal qolu ilə Belarus və Polşa vasitəsilə Şvedt şəhərindəki neft emalı zavoduna ixrac edilir. 


Almaniyaya neft tədarükünün azalması Karacanaq yatağında sentyabr ayında planlaşdırılan təmir işləri ilə əlaqədardır, bazar iştirakçılarının məlumatına görə.

2024-cü il üçün Qazaxıstan neftinin Almaniyaya tədarük həcmi 1,2 milyon ton səviyyəsində gözlənilir, eyni həcmin 2025-ci ildə də olacağı ehtimal edilir.


Qazaxıstan Almaniyaya neft tədarükünü artırmağa hazırdır, bunu prezident Tokayev sentyabr ayında Mərkəzi Asiya dövlət başçıları və Almaniyanın federal kansleri ilə görüşdə bildirib. Energetika Nazirliyinin məlumatına görə, Qazaxıstan Almaniyaya neft ixracının 2024-cü ildə 2 milyon tona qədər artırılması ilə bağlı sorğu alıb.


Qazaxıstan 2023-cü ilin fevral ayından etibarən "Drujba" boru kəmərinin şimal qolu ilə neft ixracını bərpa edib, bu, Rusiya "Urals" markalı neftinin şimal qolunda sanksiya tətbiq olunmasına görə baş verib.


BTC


Dövlət holdinqi "KazMunayGaz" martdaa  SOCAR ilə Qazaxıstan neftinin BTC vasitəsilə illik nəql həcminin 1,5 milyon tondan 2,2 milyon tona qədər artırılması üzrə mərhələli razılaşma imzaladığını bildirib.

 

BTC-yə neft əsasən Tenzig yatağından ixrac olunur.


Tenzig yatağında neft hasilatı avqustla müqayisədə sentyabrda 30% artaraq sutkalıq ifadədə 2,590 milyon tona (gündə 687.160 barel) çatıb, bu, təmir işlərinin tamamlanmasından sonra baş verib.

 

N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol