• $
  • €
  • ₽
  • ₺
  • £

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı
18.11.2024 11:13
Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdi
 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.
 

Sazişə əsasən, beynəlxalq maliyyə institutu «Bank Respublika»ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.

Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.

"Bank Respublika ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühüm bir addımdır. Bank Respublika-ya etimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizliklə gözləyirik”, - deyə FMO-nun icraçı direktoru, Michael Jongeneel qeyd edib.
"İlk növbədə, qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühün tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının "Bank Respublika”ya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək”, – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol