• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!

ABB-nin təşkilatçılığı ilə ölkəmizdə ilk  Data və Süni İntellekt Sammiti keçirildi!
09.12.2024 20:44
9 dekabr 2024-cü ildə Azərbaycanda ilk dəfə Data və Süni İntellekt Sammiti baş tutub. ABB-nin təşkilatçılığı ilə keçirilən Sammitə Azərbaycandan və xaricdən 250-dən çox iştirakçı qatılıb. 

Sammitin spikerləri və panel müzakirələrinin iştirakçıları sırasında ABB ilə yanaşı, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin, Böyük Britaniyanın Centrica şirkətinin, "Harvard Business Review” (Türkiye) jurnalının, EY Türkiyə şirkətinin, Azercell şirkətinin, Türkiyə İş Bankının, Mc Kinsey şirkətinin, Mastercard beynəlxalq ödəniş şirkətinin və başqa qurumların rəhbər təmsilçiləri də olub. 
Belə bir tədbirin təşkilində məqsəd data icmasının təmsilçilərini bir araya toplayaraq təcrübə mübadiləsi aparmaq, yeni trendləri öyrənmək, qarşılıqlı əməkdaşlıqlar qurmaqdır. 

Sammitdə data analitikanın və süni intellektin gələcəyi, rəqəmsal texnologiyalarla müştərilər üçün yeni təcrübələrin yaradılması və s. mövzularda təqdimatlar dinlənib. Süni intellekt dövründə data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması mövzusunda panel müzakirələri aparılıb. Ayı-ayrı biznes sektorlarında, o cümlədən bankçılıqda datalardan effektiv istfadə ilə bağlı maraqlı keys həlləri təqdim edilib. 
Sammitdə ABB-nin data texnologiyalarından istifadə sahəsində əldə etdiyi təcrübə barədə də ətraflı məlumat verilib, "ABB AI Factory” haqqında söhbət açılıb. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Müştərilər üçün data əsaslı rəqəmsal təcrübənin yaradılması ABB-nin əsas strateji hədəflərindəndir. ABB-də son 2 ildə yaradılmış süni intellekt modellerimizin sayı 125-ə çatıb. Bankımızda artıq müxtəlif sahələrdə 32 Süni İntellekt tətbiq ssenarisi (Use-case) uğurla həyata keçirilir, süni intellekt qərar vermə sürətimizi və dəqiqliyimizi artırır. Biz öz modellərimizin bizə gətirdiyi faydaları da ölçə bilirik, son 2 ildə süni intellekt modelləri ABB-yə 20.4 milyon manatlıq birbaşa müsbət maliyyə təsiri yaradıb”.

Onun sözlərinə görə, son 2 ildə süni intellekt həlləri Bankın aktiv riteyl müştərilərinin sayını 63% artırıb. Data texnologiyalarından istifadə sayəsində müştərilərə daha yaxşı təcrübələr təqdim edə bildiyinə görə ABB-nin müştəri məmnuniyyəti göstəricisi (NPS) də son bir neçə ildə 48-dən 76.8-ə yüksəlib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol