• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!

“Nar” Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!
16.12.2024 17:12
Azərbaycanın bütün bölgələrində sərfəli və keyfiyyətli rabitə xidmətlərini genişləndirməyə davam edən "Nar” üstün müştəri təcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi.

Şirvan şəhərində, Xaqani küçəsi 19-da yerləşən yeni "Nar” mağazası genişliyi, müasir interyeri və rahat müştəri xidməti sahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı, müxtəlif smartfon və aksessuarların satışı həyata keçirilir. Şirvan şəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsilə məlumatlandırılıb.

Acılış mərasiminə qatılan "Nar”ın Baş icraçı direktoru Qunnar Panke qeyd edib ki, 80 mindən çox  əhalisi olan Şirvan şəhərinə xidmət göstərəcək yeni mağaza "Nar”ın bölgələrə olan diqqətinin nümunəsidir. 

"Hər kəs üçün sərfəli rabitə xidmətlərini təqdim etmək prinsipini əsas götürən "Nar”, yeni mağazalarının açılışı ilə bu missiyasını bir daha sübut edir. Müştəriyə fərdi yanaşma, sərfəli seçimlər və müasir xidmət təqdim edən "Nar” satış şəbəkəsi şirkətin müştəri yönümlü fəaliyyətinin nəticəsidir,”- deyə Q.Panke bildirib.

Sizə ən yaxın "Nar” mağazasını nar.az saytından seçə bilərsiniz.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol