• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və AFFA arasında sponsorluq müqaviləsi imzalandı

Bank Respublika və AFFA arasında sponsorluq müqaviləsi imzalandı
20.12.2024 20:48
Bank Respublika ölkəmizdə futbolun inkişafına dəstək verəcək!
Bakı, 20 dekabr, 2024. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Azərbaycan futbolunun davamlı inkişafına dəstək məqsədilə sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev imzalayıblar.

İmzalanma mərasimində Bank Respublikanın rəhbərliyi, AFFA nümayəndələri, futbol ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak etdilər.

Bu əməkdaşlıq futbolun həm peşəkar, həm də kütləvi inkişafına yönəlib. 4 il müddətinə bağlanmış müqavilə çərçivəsində, Bank Respublika yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənməyərək, ölkəmizdə futbolun inkişafı, gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi sahəsində geniş miqyaslı layihələrin həyata keçirilməsini hədəfləyir.
Bu gün Azərbaycan futbolu üçün əlamətdar günlərdən biridir. 
 
Bank sektorunun futbolumuzun inkişafına öz töhfəsini verməyə hazır olması sevindirici haldır. Ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə "Bank Respublika”ya dərin təşəkkürümüzü bildiririk.  Bu əməkdaşlığın həm milli assosiasiya, həm də bank üçün faydalı olacağına əminik” deyə AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev qeyd edib.

"Bank Respublika olaraq Azərbaycan futbolunun gələcəyinə inanırıq və bu müqavilə ilə futbolumuzun inkişafına töhfə verməkdən qürur duyuruq. Əminik ki, Milli Komandamız gələn il Dünya Çempionatının seçmə oyunlarında baxımlı oyun nümayiş etdirərək futbol azarkeşlərimizi sevindirəcək. AFFA ilə əməkdaşlıq çərçivəsində futbolun kütləviləşdirilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar futbolun inkişafına dəstək olmaq bizim məqsədlərimizdir." deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol