• $
  • €
  • ₽
  • ₺
  • £

Nar”regionqadınlarının yaradıcılıq imkanlarına töhfə verir

Nar”regionqadınlarının yaradıcılıq imkanlarına töhfə verir
25.04.2025 14:55

“

Sərfəli mobil operator “Nar”ın əsas tərəfdaşlığı, Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan “Her Art in Action” festivalı uğurla yekunlaşıb. “Xəyal etmək azadlığı” mövzusuna həsr olunan festival qadınların daxili dünyasını incəsənət vasitəsilə ifadə etməsinə və onların yaradıcılıq imkanlarını genişləndirməsinə töhfə verib.

Sosial inklüzivlik strategiyası çərçivəsində “Nar” 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edib. Onlar üçün xüsusi kurator gəzintisi və təqdimatlar təşkil olunub. Bu təşəbbüs “Nar”ın incəsənətə çıxış imkanlarını artırıb, gəncləri yaradıcılığa təşviq etmək istiqamətindəki öhdəliyini əks etdirib.

Festival çərçivəsində Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə keçirilən sərgidə 23 yerli, 3 beynəlxalq rəssam və 1 beynəlxalq kurator iştirak edib. Rəsm, video, performans və instalyasiyaları əhatə edən ekspozisiya sənətin transformativ gücünü – müqavimət və yenilənmə vasitəsi kimi rolunu vurğulayıb. Bundan əlavə, festival çərçivəsində sənətçi çıxışları, portfolio baxışları və ustad dərsləri kimi müxtəlif tədbirlər də keçirilib, peşəkar inkişaf və yaradıcılıq mübadiləsi üçün zəmin yaradılıb.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol