• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

ABB Sahibkarlar Gününü müştəriləri
ilə qeyd etdi!
28.04.2025 13:03

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün
tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes
müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və
xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə
maraqlı təqdimatlar olub. İş adamlarını maraqlandıran çoxsaylı suallar
cavabandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib.


ABB-nin korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli
ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin ABB üçün ən mühüm prioritetlərdən
olduğunu bildirib: “Bizneslərin universal maliyyə tərəfdaşıyıq. Müştərilərimiz
arasında müxtəlif miqyaslı sahibkarlıq subyektləri var. Biz maliyyə
resurslarının hər kəsə əlçatan, bank xidmətlərinin maksimum rahat olması
üçün ardıcıl layihələr reallaşdırmaqdayıq. Yaxın gələcəkdə rəqəmsal
xidmətlərimizi daha da təkmilləşdirəcək, iş adamlarının gözləntilərinizə daha
da uyğunlaşdıracağıq”.


Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda
Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında
sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək
əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol