• $
  • €
  • ₽
  • ₺
  • £

Şahdəniz yatağından 3 ayda 7 milyard kubmetr qaz hasil olunub

Şahdəniz yatağından 3 ayda 7 milyard kubmetr qaz hasil olunub
01.05.2025 15:58

2025-ci ilin ilk rübündə “Şahdəniz” yatağından ümumilikdə təxminən 7 milyard standart kubmetr qaz və 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil olunub. Bu barədə bp şirkətinin yaydığı hesabatda bildirilir.

Hasil olunan qaz SOCAR, GOGC, BOTAŞ, eləcə də Avropa bazarları və BTC kəməri üçün çatdırılıb. Hazırda Şahdəniz qurğularının illik hasilat gücü 27,9 milyard kubmetr təşkil edir.

Rüb ərzində “Şahdəniz” üzrə əməliyyat xərcləri 726 milyon dollar, əsaslı xərclər isə 213 milyon dollar olub. Xərclərin əsas hissəsi Şahdəniz 2 layihəsinə aiddir.

2025-ci ilin birinci rübündə Şahdəniz 2 çərçivəsində qərb-cənub cinahında beşinci quyu işə salınıb, digər quyularda sualtı işlər davam edib. “Xankəndi” sualtı tikinti gəmisi layihənin əsas texniki dəstək vasitəsi kimi fəaliyyət göstərməkdə davam edir.

Qazma əməliyyatları zamanı:

"İstiqlal" qazma qurğusu qərb-cənubda SDF02 və SDF04 quyularında çalışıb,

"Heydər Əliyev" qazma qurğusu qərb cinahında SDD05 quyusunu tamamlayaraq, şərq-şimalda SDH04 quyusuna başlayıb.

Şahdəniz 2 çərçivəsində ümumilikdə 22 quyu qazılıb.

Şahdəniz layihəsində iştirak payları:

bp (operator) – 29,99%

LUKOYL – 19,99%

TPAO – 19,00%

Cənub Qaz Dəhlizi – 16,02%

NİKO – 10,00%

MVM – 5,00%

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol