• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail SOCAR-ın “Tamar” qaz yatağındakı aldığı payı təsdiqləyib

İsrail SOCAR-ın “Tamar” qaz yatağındakı aldığı payı təsdiqləyib
16.05.2025 07:48

İsrailin Antiinhisar İdarəsi Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın “Tamar” qaz yatağında 10%-lik pay əldə etməsi ilə bağlı israilli milyarder Aharon Frenkel ilə bağladığı müqaviləni təsdiqləyib. Bu barədə İsrailin yerli KİV-ləri xəbər verib.

Müqavilənin tam qüvvəyə minməsi üçün İsrailin Energetika Nazirliyi nəzdindəki Neft Şurasının da təsdiqi tələb olunur.

Frenkelə məxsus daşınmaz əmlak, mülki aviasiya, enerji və yüksək texnologiyalar sahələrinə sərmayə yatıran “Lloyd’s Group” şirkəti ilə SOCAR arasında sövdələşmə yanvar ayının sonunda imzalanıb. İsrail mediası bildirir ki, təsdiq şərti ilə verilib – SOCAR şirkəti artıq geoloji kəşfiyyat lisenziyalarına sahib olduğu ərazilərdə hasilat həyata keçirməyəcək.

“Tamar” yatağı 2009-cu ildə Hayfa sahillərindən təxminən 90 km qərbdə kəşf olunub və İsrailin əsas təbii qaz ehtiyatlarından biri hesab olunur.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol