• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Bahar lotereyasının qalibləri bəlli oldu

Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
05.07.2025 18:57

Birbank növbəti dəfə müştərilərinə unudulmaz hədiyyələr qazandırdı! 11 mart-15 may 2025-ci il tarixlərində keçirilən Birbank Bahar lotereyası başa çatdı və qaliblər bəlli oldu. 


Lotereya çərçivəsində Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti, Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı, eləcə də m10 tətbiqindən nağd pul krediti, Umico-dan kredit əldə edən, həmçinin əldə etdiyi Birbank Star kredit kartı və istənilən Birbank taksit kartı ilə Umico.az-dan alış veriş edən minlərlə müştəri iştirak şansı qazandı. Hər 1000 AZN-lik kredit və ya alış-veriş üçün bir şans təqdim edilən stimullaşdırıcı lotereyada minlərlə iştirakçı arasından 100 şanslı şəxs qalib seçildi. 


5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajda 45 nəfər “Bravo” marketdən 50 AZN-lik kupon, 25 nəfər “Kontakt Home”dan 200 AZN dəyərində hədiyyə kartı, 15 nəfər “PAŞA Travel”dan 500 AZN-lik ölkədaxili səyahət paketi qazandı. Əlavə olaraq, 10 nəfər “Apple Watch Series 8”, 4 nəfər “iPhone 16 Pro”, 1 nəfər isə lotereyanın superprizi olan “Toyota Corolla” avtomobilinə sahib oldu.  


Lotereya qaliblərinin siyahısı: //b-b.az/blqs 


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol