• $
  • €
  • ₽
  • ₺
  • £

.az domenində Azərbaycan saytlarının sayı nə qədər olub?

.az domenində Azərbaycan saytlarının sayı nə qədər olub?
28.05.2020 22:02

.az milli domen zonasında 20 683 ədəd internet-resurs qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi WHOIS saytı məlumat yayıb.

2013-cü ilin yanvar ayının əvvəlinin göstəriciləri ilə müqayisədə .az milli domen zonasında qeydə alınan internet-resurslarının artımı 26,8 faiz təşkil edib.

Qeydə alınan saytların ümumi sayından 19 348 ədədi domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 788 sayt qeydə alınıb.

Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 183 internet saytı qeydə alınıb.

Statistikaya əsasən, dünyada aktiv domen adlarının ümumi sayı (yanvarın 6-na olan vəziyyətə görə) 148,3 milyon ədədi ötür.

Daha sıx zona .com hesab edilir. Orada 112,2 milyondan artıq internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 15,2 milyondan çox aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada təqribən 10,4 milyon sayt var.

Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol