• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib

“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib
22.07.2025 16:30

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkənin sərfəli mobil operatoru olan “Nar” media nümayəndələri üçün xüsusi tədbir təşkil edib. Tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Mobil operator jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib.

Tədbir çərçivəsində jurnalistlər üçün həm əyləncəli proqram, həm də komanda əsaslı intellektual oyunlar təşkil olunub. Yarışların sonunda qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporatov ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media nümayəndələrini təbrik edib: “Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar. “Nar” olaraq biz medianın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir, jurnalistlərlə etibarlı və şəffaf əməkdaşlığa xüsusi önəm veririk”. Bundan əlavə, tədbir iştirakçıları – media nümayəndələri də öz növbələrində milli mətbuatın tarixi yolundan bəhs edərək “Nar”ın bu əlamətdar günü onlarla birlikdə qeyd etməsini yüksək dəyərləndirib.

Qeyd edək ki, “Nar” media ilə şəffaf və dayanıqlı münasibətləri əsas tutaraq, uzun illərdir, jurnalistlər üçün əlçatan və operativ məlumat mübadiləsini təşviq edir. Bu tədbir “Nar”ın informasiya sahəsində medianın roluna verdiyi önəmi və bu istiqamətdə davamlı dəstəyini bir daha nümayiş etdirdi. “Nar”ın dəstəyi ilə milli mediamızın inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol