• $
  • €
  • ₽
  • ₺
  • £

“Zəngəzur dəhlizi”nin iqtisadi məntiqi nədir?

“Zəngəzur dəhlizi”nin iqtisadi məntiqi nədir?
14.08.2025 09:00

Vaşinqtonda imzalanan erməni–azərbaycan sənədlərinin nə dərəcədə nəqliyyat axınlarının konfiqurasiyasını dəyişə və Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədə bilər sualı bu sənəd paraflanandan bu yana yerli və beynəlxalq mediada ən çox müzakirə olunan mövzuya çevrilib.  

Zəngəzur marşrutunun iqtisadi dəyəri – Azərbaycanın və Ermənistanın ərazisindən keçən digər beynəlxalq nəqliyyat dəhlizləri kimi – şaquli və üfüqi istiqamətlərdə avtomobil, dəmir yolu və avialayihələr üzrə daşımaların şaxələndirilməsi imkanı ilə çoxsəviyyəli nəqliyyat qovşaqları şəbəkəsinin formalaşdırılmasında ifadə olunur. Orta perspektivdə söhbət ayrı-ayrı oyunçuların sıxışdırılmasından yox, iqtisadi maraqların tədricən düzəlişi və uzlaşdırılmasından gedir.

Zəngəzur marşrutunun iqtisadi dəyəri, Azərbaycanın və Ermənistanın ərazisindən keçən digər beynəlxalq nəqliyyat dəhlizləri kimi, daşımaların şaxələndirilməsi imkanına malik çoxsəviyyəli nəqliyyat qovşaqları şəbəkəsinin yaradılmasındadır

Rəsmi Yerevan Vaşinqton razılaşmaları barədə Moskvanı iki diplomatik kanal vasitəsilə xəbərdar edib. 

 Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayıb.

Yerevanın hərəkətlərinə əsasən görünür ki, Paşinyan Avrasiya İqtisadi İttifaqından çıxış ssenarisindən artıq imtina edib – bu addımın iqtisadi risklərini dəyərləndirərək – lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma kursunu saxlayıb.

Paralel olaraq Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ilin sonunadək Astanaya rəsmi səfər edib iqtisadi sazişlər imzalamağa hazır olduğunu təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev üçün isə Moskvanı məlumatlandırmaq məsələsi daha sadə görünür: Kreml artıq Azal təyyarəsi ilə baş verən aviaqəzanı siyasi bir mərhələ kimi qəbul edib – ondan sonra Bakı Rusiya ilə daha ehtiyatlı münasibətlər qurmağa başlayıb.

Ali rəhbərlik səviyyəsində birbaşa əlaqələr faktiki olaraq dondurulub, nəqliyyat logistikası və regional təhlükəsizlik məsələlərinin koordinasiyası isə məhdud əməkdaşlıq rejiminə keçirilib.

Rusiya–Azərbaycan xəttində siyasi münasibətlərin soyumasına baxmayaraq, etiraf edilməlidir ki, Rusiya kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara ciddi resurslar sərf edib. Lakin artıq Moskva bu prosesi inhisarda saxlaya . Cənubi Qafqazda təsirin bölgüsündə ABŞ da daxil olmaqla xarici oyunçuların rolu hiss olunacaq dərəcədə artır.

Rusiya KİV-lərində Rusiya Federasiyası Prezident Administrasiyasının strukturunda Sergey Kiriyenko nəzarəti altında yeni idarənin yaradılması ilə bağlı məlumatlara da diqqət yetirmək lazımdır.

Bu idarə həm yaxın xaric, həm də Qlobal Cənubun ayrı-ayrı ölkələri ilə qarşılıqlı əlaqəyə cavabdeh olacaq. Bu yanaşma nəzərə alır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ərəb ölkələri və Afrika ilə öz iqtisadi və logistika əlaqələrini formalaşdıraraq birbaşa Avrasiya nəqliyyat marşrutlarının arxitekturasına təsir edir.

Gələcəkdə Zəngəzur dəhlizinin idarə olunması uzunmüddətli beynəlxalq konsorsium formatına keçə bilər. Ermənistan dəmir yolu magistralında tikinti-bərpa işlərinin gələn il başlayacağı gözlənilir. 

Öz  növbəsində  Azərbaycan öz xəttini Ağbəndə qədər tamamlamağə planlaşdırır.  Gündəlikdə həmçinin Qazax–İcəvan dəmir yolu və Qars–Naxçıvan magistralının Türkiyə hissəsi kimi ikinci dərəcəli marşrutlar üzrə layihələrin də icrası  var.

Gələcəkdə dəhlizin istismarının iqtisadi məntiqi bir neçə ssenarini nəzərdə tutur.

1520 mm rels genişliyi nəzərə alınmaqla Rusiya şirkəti “Cənubi Qafqaz Dəmir Yolları”nın Amerika konsorsiumunda subpodratçı qismində iştirakı və ya Türkiyə podratçılarının cəlb olunması ehtimalı açıq qalır.

Həmçinin Paşinyanın Moskvada müzakirəsini təklif etdiyi Qazax–İcevan–Gümrü–Türkiyə sərhədi marşrutunun bərpası layihəsinə Rusiyanın qoşulması məsələsi də gündəmdədir.

Tərəflər həmçinin "Araz" dəhlizini də nəzərdən keçirir. Çünki  “Araz dəhlizi”nin İran körfəzinə doğru yük axını üçün paralel marşrut kimi inkişafı da az əhəmiyyət daşımır .Bu layihəni İran Prezidenti Məsud Pəzeşkiyan dəstəkləyir. Bahalı, lakin strateji baxımdan mühüm olan Rəşt–Astara dəmir yolu xətti layihəsi üzrə danışıqlar da gündəlikdədirr. Bu layihə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutuna birləşməsi deməkdir. 

Zəngəzur dəhlizi və ona paralel marşrutlara baxdıqda demək olar ki, regionda çoxsəviyyəli nəqliyyat şəbəkəsi formalaşır. Burada investisiyaların və yük axınının bölgüsü siyasi sabitlikdən, konsorsiumun maliyyə modelindən və əsas xarici oyunçuların maraqlarından asılı olacaq.

Rusiya üçün isə bu, təkcə geosiyasi mövcudluq məsələsi deyil, həm də çoxqütblü logistika arxitekturası şəraitində rəqabət qabiliyyətini qoruyub saxlamaq imkanıdır.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol