• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14.08.2025 16:13

 

Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb. 

2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.

İnnovativ texnologiyaların tətbiqi və  müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər” və “Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb: “Kapital Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. “Stevie Awards” kimi nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir. Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol