• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR və Cengiz Holdinq Lukoil neftayırma zavodunu alır

SOCAR və Cengiz Holdinq Lukoil neftayırma zavodunu alır
19.08.2025 16:03

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Cengiz Holdinqi Bolqarıstanın Burqas şəhərində yerləşən Lukoil neftayırma zavodunun alınması üzrə danışıqlar aparmaq üçün konsorsium qurublar.

Mümkün alıcılar sırasında Qazaxıstanın dövlət neft şirkəti «KazMunayGas», beynəlxalq treyder Vitol, Türkiyənin pensiya fondu OYAK və Macarıstanın MOL Qrupu da var.

Sanksiyalara görə Lukoil artıq 18 aydır ki, Burqas zavodunda Rusiya neftini emal edə bilmir. Azərbaycan və Türkiyə sabit xammal həcmlərini təmin edə biləcək mövqedədir. Bakı üçün isə bu sövdələşmə 2022-ci ilin yazından fəaliyyətsiz qalan Bakı–Supsa kəmərinin işə salınmasına və Qara dəniz regionunda tranzit rolunun bərpasına imkan yarada bilər.

Uğurlu alqı-satqı Azərbaycan və Türkiyənin Avropa enerji bazarındakı mövqeyini gücləndirəcək, Bolqarıstanın Rusiya kapitalından asılılığını azaldacaq və Lukoil-ə ABŞ sanksiyaları riskini minimuma endirməklə problemli aktivdən çıxmağa şərait yaradacaq.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol