• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
03.09.2025 16:51

1 sentyabr 2025-ci il tarixində Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalının açılış mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbir ölkəmizdə ilk dəfə təşkil edilən dünya finalı ilə tarixə düşüb.  


Qeyd edək ki, ICPC dünya finalı Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ICPC Azərbaycan icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə gerçəkləşir. Kapital Bank isə PAŞA Holding-in daxilində bu mühüm qlobal layihədə fəal iştirak edir. 


Açılış mərasimində ICPC Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 148 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.


Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bu mötəbər yarışın Bakıda keçirilməsini Azərbaycanın texnoloji tərəqqisinin göstəricisi, beynəlxalq əməkdaşlığa açıqlığının nümunəsi adlandırıb. O vurğulayıb ki, bu təcrübə gənclərin ölkənin texnoloji gələcəyinin formalaşdırılmasına və maliyyə sektorunun mürəkkəb çağırışlarının həllinə mühüm töhfə verəcək.
Bankın nümayəndələrinin də qatıldığı açılış mərasimi, Kapital Bank-ın gənclərin inkişafına, innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıqlara verdiyi önəmin nümunəsidir. Bununla yanaşı, PAŞA Holding-in stendində Kapital Bank tərəfindən gənclərə bank sektorunda mövcud iş imkanları, karyera inkişafı, innovativ məhsullar və layihələr haqqında ətraflı məlumat təqdim olunur. Ziyarətçilərin sualları cavablandırılır, onların maraq göstərdiyi mövzular üzrə interaktiv söhbətlər aparılır.


Beş gün davam edəcək layihə çərçivəsində iştirakçılar həm də Bakı Konqres Mərkəzində təşkil olunan sərgidə müxtəlif beynəlxalq şirkətlərin stendləri ilə tanış ola biləcəklər. Sərgidə “OpenAI”, “JetBrains”, “Huawei”, “Google” kimi qlobal lider texnologiya şirkətləri də öz təcrübə və həllərini təqdim edirlər. 


Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol