• $
  • €
  • ₽
  • ₺
  • £

TAP vasitəsilə Azərbaycan qazının Avropaya gündəlik nəqli azalıb

TAP vasitəsilə Azərbaycan qazının Avropaya gündəlik nəqli azalıb
06.10.2025 10:39

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 6 oktyabr tarixində Yunanıstanın Kipoi çıxış nöqtəsindən 379 milyon 981 min 291 kVt/saat həcmində qaz nəqli sifarişi qeydə alınıb. Bu, ötən həftənin bazar ertəsi ilə müqayisədə 0,002 % azalma deməkdir. 

TAP-ın rəsmi elektron platformasının məlumatlarına görə,  7–13 oktyabr tarixlərini əhatə edən sifarişlər Kipoi üzrə 331 milyon 019 min 866 kVt/saat təşkil edib. Bu isə 30 sentyabr tarixli göstəricidən 12,89 %, 1 oktyabrla müqayisədə isə 12,88 % azdır.

Digər çıxış nöqtələri üzrə də tədarük göstəriciləri aşağıdakı kimidir:

Yunanıstan, Komotini: 6–13 oktyabr tarixlərində günlük sifariş sabit olaraq 28 milyon 674 min 418 kVt/saat təşkil edib. Yunanıstan, Nea Mesimvria: eyni dövr üçün sifariş həcmi 30 milyon 346 min 301 kVt/saat olub — bu da əvvəlki həftə ilə müqayisədə dəyişməyib.

İtaliya, Melenduqno: 6 oktyabr tarixində 316 milyon 964 min 315 kVt/saat həcmində sifariş qeydə alınıb. Bu, 29 sentyabrla müqayisədə 0,63 % çoxdur. Lakin 7–13 oktyabr tarixləri üçün sifariş 271 milyon 999 min 147 kVt/saat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 14,05 % azalmaya uyğundur.

Trans-Adriatik Boru Kəməri (TAP), Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin Avropa seqmentini təşkil edir. Boru kəməri 2020-ci ilin oktyabrında istismara verilib və həmin ilin dekabrından etibarən İtaliya, Yunanıstan və Bolqarıstana kommersiya məqsədli qaz nəqlinə başlanılıb. TAP-ın ümumi uzunluğu 878 km-dir: 550 km Yunanıstandan, 215 km Albaniyadan, 105 km Adriatik dənizinin dibi ilə, 8 km isə İtaliya ərazisindən keçir.

Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmağa çalışdığı bir dövrdə, Azərbaycan qazı TAP vasitəsilə alternativ enerji mənbəyi rolunu oynayır. 

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol