• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 10 ayda Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib – Rövşən Rüstəmov

Azərbaycan 10 ayda Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib – Rövşən Rüstəmov
26.11.2025 11:56

Azərbaycan bu ilin ilk 10 ayında Orta Dəhliz üzrə 317 blok-qatar qəbul edib ki, bunun 119-u tranzit yüklərdən ibarət olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov MDB iştirakçısı ölkələrin 83-cü dəmir yolu şurasında çıxışı zamanı bildirib.   

Onun sözlərinə görə, Azərbaycan son illərdə beynəlxalq transport dəhlizlərinin inkişafında mühüm irəliləyiş əldə edib. 

“Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı–Tbilisi–Qars, Şimal–Cənub, eləcə də Orta Dəhliz layihələri ölkənin regional nəqliyyat xəritəsində liderliyini möhkəmləndirib”, - Rüstəmov deyib.

O bildirib ki, Bakı–Tbilisi–Qars xəttinin modernizasiyası nəticəsində xəttin illik buraxılış qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib.

O, həmçinin qeyd edib ki, Bakı–Böyük-Kəsik əsas magistral xəttində dəyişən cərəyana keçid üzrə işlər davam edir və bu layihə Orta Dəhlizdə əməliyyat səmərəliliyinin artırılmasına xidmət edir.

Şimal–Cənub dəhlizi üzrə işlər də sürətlənib. İl sonunadək Sumqayıt–Yalama xəttinin rekonstruksiyası tamamlanacaq. 

İran ərazisində inşa edilən Astara terminalının tikintisinin isə 2026-cı ilin ilk rübündə yekunlaşdırılması planlaşdırılır.

Bu ilin fevralından etibarən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Azərbaycan Dəmir Yolları”nın tərkibinə daxil edilib. 

Rüstəmovun sözlərinə görə, limanın genişləndirilməsi və onu müasir logistika mərkəzinə çevirmək strategiyanın əsas tərkib hissəsidir.

Limanın “yaşıl liman” konsepsiyası, rəqəmsal idarəetmə sistemi və Ələt Logistika Zonası ilə inteqrasiya region üzrə yük axınlarının Avropa–Asiya xəttində daha çevik və dayanıqlı şəkildə yönləndirilməsinə şərait yaradır.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol