• $
  • €
  • ₽
  • ₺
  • £

Magistral neft kəmərlərindən gəlirlər 4%-ə yaxın azalıb

Magistral neft kəmərlərindən gəlirlər 4%-ə yaxın azalıb
02.12.2025 12:00

2025-ci ilin doqquz ayında  Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 764 511,5 min manat təşkil edib, bu da illik müqayisədə 3,6% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 793 319 min manat səviyyəsində olub.

Cari ilin  yanvar-sentyabrında Azərbaycanda neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azdır. Nəqletmənin 74,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 20 569,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azdır.

2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.

Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol