• $
  • €
  • ₽
  • ₺
  • £

On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib

On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
30.12.2025 10:39

Azərbaycanın Kosmik Agentliyi “Azərkosmos” 2025-ci ilin yanvar–noyabr aylarında dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalında yer alıb.

Bildirilib ki, hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir agentliyin ümumi gəlirlərinin 66%-ni təşkil edib.

İcmala görə, 2025-ci ilin noyabr ayında “Azərkosmos” 35 ölkəyə 1,5 milyon ABŞ dolları həcmində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Hesabat dövründə peyk xidmətləri ixracında əsas bazarlar sırasında Birləşmiş Krallıq 4,2 milyon ABŞ dolları ilə ilk yeri tutub. Lüksemburq 3,2 milyon ABŞ dolları ilə ikinci, İsveç 1,1 milyon ABŞ dolları ilə üçüncü olub. Türkiyə (772 min ABŞ dolları) və Nigeriya (759,8 min ABŞ dolları) isə ilk beşliyi tamamlayıb.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol