• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda insanlar cinayətkarlardan yox, küçə itlərindən qorxur - Deputat

Bakıda insanlar cinayətkarlardan yox, küçə itlərindən qorxur - Deputat
21.01.2026 11:10

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanda sahibsiz itlər probleminin təhlükəli həddə çatdığını bildirərək, ev heyvanları ilə bağlı ayrıca qanunun qəbul edilməsinin zəruriliyini bəyan edib. Bu barədə deputat Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bildirib. 

Deputatın sözlərinə görə, hazırda ölkədə vətəndaşlar axşam saatlarında küçəyə çıxarkən cinayətkarlardan deyil, sahibsiz itlərdən qorxur.


“İnsanlar evə qayıdanda böyük stress və gərginlik yaşayırlar. Bu, artıq sosial təhlükəsizlik məsələsinə çevrilib”, – Həsənquliyev deyib.

O qeyd edib ki, ev heyvanları ilə bağlı Nazirlər Kabinetinin müəyyən qaydaları mövcud olsa da, bu sahəni sistemli şəkildə tənzimləyən xüsusi qanun yoxdur.


“Qanunvericilik boşluğu var və bu, ciddi problemdir. Qanunun qəbuluna ehtiyac var”, - o əlavə edib. 

Deputat regional müqayisə apararaq bildirib ki, hətta Ermənistan da ev heyvanları üçün sığınacaqlar tikir.


“Bizdə də müasir sığınacaqlar olmalıdır. Bütün mədəni ölkələrdə bu cür xidmətlər mövcuddur”, - deputat vurğulayıb. 

Həsənquliyev paytaxtın mərkəzində vəziyyətin dəyişməz qalmasını da tənqid edib.


“Space televiziyasının qarşısında 10–12 it var. Heç bir tədbir görülmürsə, bu, üzücüdür”, - deputat əlavə edib. 

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol