• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir

Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir
29.01.2026 10:49

Energetika Nazirliyində Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı İşçi Qrupun və “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə strategiyanın icra mərhələləri və prioritet istiqamətlər müzakirə olunub.

Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycan hidrogen istehsalı üçün əhəmiyyətli potensiala malikdir. Onun sözlərinə görə, “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib.

Nazir müavini qeyd edib ki, layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədilə AYİB-in dəstəyi ilə keçirilən tenderin nəticələrinə əsasən “DNV Energy Systems Germany GmbH” şirkəti qalib elan olunub. Tətbiq planının 2026-cı ilin birinci yarısında hazır olması nəzərdə tutulur.

İclasda şirkətin nümayəndəsi İlka Levinqton Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı təqdimatla çıxış edib. Müzakirələr zamanı Azərbaycanda hidrogen istehsalının hüquqi, institusional və texniki aspektləri nəzərdən keçirilib.

Tərəflər növbəti mərhələ üzrə prioritet istiqamətləri, eləcə də İşçi Qrup qarşısında duran konkret hədəflər və icra olunacaq tapşırıqlar üzrə razılıq əldə ediblər.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol