• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir

Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
30.01.2026 15:23

Türkiyə Liviya qazının İtaliya bazarına tədarükünü mümkün hesab edir və bunun svop (mübadilə) mexanizmi vasitəsilə Azərbaycan qazı ilə balanslaşdırılacağını nəzərdən keçirir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “A Haber” telekanalına bildirib.

Nazir qeyd edib ki, Liviyadan Türkiyəyə birbaşa qaz tədarükü qaz kəmərinin olmaması, habelə mayeləşdirmə infrastrukturu və LNG gəmilərinə ehtiyac səbəbilə mürəkkəbdir. Bununla yanaşı, Liviyanın şimalından İtaliyaya mövcud qaz kəməri alternativ marşrut kimi dəyərləndirilir.

 “Liviyada kəşf etdiyimiz qazı Türkiyəyə gətirməkdənsə, coğrafi yaxınlığı nəzərə alaraq İtaliya bazarına sata bilərik. Eyni zamanda, İtaliyanın Azərbaycandan aldığı qaz svop mexanizmi ilə balansımıza əlavə oluna bilər. Bu, fərqli biznes modelləri ilə dəyər zənciri yaratmağa imkan verəcək”, - o bildirib. 

Nazirin sözlərinə görə, 2026-cı il “Liviya–Türkiyə enerji əməkdaşlığı ili” elan ediləcək. Türkiyə fevralda Liviyada keçiriləcək yeni lisenziyalaşdırma raunduna hazırlaşır və dəniz və quru sektorlarında fəal iştirak etməyi planlaşdırır.

Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya nəql olunur.

2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 mlrd kubmetr qaz tədarük edib.

TAP istifadəyə veriləndən bəri Avropaya 54,3 mlrd kubmetr, bunun 45,4 mlrd kubmetri İtaliyaya yönəlib.

2025-ci ilin iyununda Türkiyənin TPAO şirkəti ilə Liviya Milli Neft Şirkəti Liviyanın dəniz yataqlarında seysmik tədqiqatlar üçün müqavilə imzalayıb.

 Ankara 2026-cı il üçün strategiyasını təkcə daxili istehsala deyil, İraq, Liviya, Qazaxıstan və Azərbaycan kimi tərəfdaşlarla enerji əlaqələrinin gücləndirilməsinə əsaslandırır.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol