• $
  • €
  • ₽
  • ₺
  • £

4 deputat bu qanunun əlehinə səs verib - Həsənquliyev isə kəskin iradını bildirib

4 deputat bu qanunun əlehinə səs verib - Həsənquliyev isə kəskin iradını bildirib
13.02.2026 13:13

Azərbaycanda strateji investisiyaların dövlət tərəfindən alınmasının yeni hüquqi əsasını müəyyən edən qanun layihəsi parlamentdə I oxunuşda qəbul edilib, deputat Qüdrət Həsənquliyev isə sənədin investisiya mühitinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Azərbaycanda investisiyaların dövlət tərəfindən alınmasının yeni əsaslarının müəyyən edilməsi ilə bağlı dəyişikliklər Milli Məclisin yaz sessiyasının plenar iclasında müzakirə olunaraq I oxunuşda qəbul edilib. Dəyişikliklər “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif olunur.

Layihəyə əsasən, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlara zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alına bilər. Bu zaman investisiyanın alınması kompensasiya ödənilməsi yolu ilə həyata keçiriləcək və prosedur qanunvericiliyə uyğun tənzimlənəcək.

Hazırda qüvvədə olan qaydalara görə, investisiyalar dövlət tərəfindən iki əsasla — dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və digər fövqəladə hallarda) alına bilər və hər iki halda investora kompensasiya ödənilir.

Deputat Qüdrət Həsənquliyev isə qanun layihəsinin investisiya mühitinə təsirləri ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, belə mexanizmlər investisiya qoyuluşunu çətinləşdirə, ölkəyə kapital axınını azalda və iqtisadi inkişaf üçün risklər yarada bilər.

Deputat bildirib ki, beynəlxalq təcrübədən istifadə edilərkən onun yerli qanunvericilik və investisiya mühiti ilə ziddiyyət təşkil etməməsi vacibdir. Onun fikrincə, dövlətin geniş əsaslarla investisiyaları alma imkanının müəyyən edilməsi biznes mühitinə əlavə qeyri-müəyyənlik yarada bilər.

"Bu qanun investisiya qoyuluşuna ciddi problemlər yaradacaq. Beynəlxalq təcrübədən o zaman istifadə edə bilərik ki, ziddiyyət təşkil etməsin. Hazırda ABŞ-la data bazası qurmağa hazırlaşırıq. Bu qanunla istənilən biznesə deyə bilərik ki, “burada axırda dövlətin mənafelərinə zərər vurur, ona görə əlinizdən alırıq”. İnvestisiya qoyuluşu ölkədə azalır. Ölkədən çıxan pullar gələn pullardan daha çoxdur. Güclü iqtisadiyyatın formalaşmasına bu qanun mane olur", - deputat bildirib. 

İlk oxunuşda qanunun əlehinə 4 deputat səs verib.

 

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol