• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib
23.02.2026 14:27

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib. Bu barədə SOCAR məlumat yayıb. 

“Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi” Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində SOCAR Qrupa daxil müəssisələrin rəhbərləri və insan resursları sahəsi üzrə məsul şəxslər üçün “Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış”, “İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq” mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu qeyd edilib. Həmçinin sessiyalarda əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə, hesabatlılığa müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsünün təmin olunması kimi məsələlər müzakirə edilib.

Forumda yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim olunub.

 SOCAR-da 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan Performans idarəetmə (xidməti fəaliyyətin idarə edilməsi) sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət performansı fərdi hədəf kartları əsasında idarə edilir. Performans idarəetmə sistemi fəaliyyətin strateji hədəflərə uyğun planlaşdırılması, hədəflərin təyin edilməsi, il ərzində davamlı monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda fəaliyyətin qiymətləndirilməsi və nəticəyə əsaslanan maddi mükafatlandırma proseslərini əhatə edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol