• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı rekord qırdı

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı rekord qırdı
29.05.2020 02:36
 Bu gün Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i geniş zolaqlı internetə qoşulub.APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda “Facebook” sosial şəbəkəsində Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb. Onun sözlərinə görə, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq. Nazir deyib ki, bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığı 85%-ə çatdırılacaq. Ə. Abbasov qeyd edib ki, bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq: “Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür. İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10%-i elektron xidmətlərdən istifadə edir, 40% internet xidmətlər isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərdən əhalinin 100% əhatə olunması və xidmətlərin 80%-nin elektronlaşdırılması nəzərdə tutulur”. Nazir, həmçinin qeyd edib ki, hazırda ölkədə elə aktiv internet istifadəçiləri var ki, onların hətta virtual olaraq digər ölkələrdəki iş yerlərinə çıxışları var. Bu gün ölkədə internetlə rəsmi prosedurların - vergi, gömrük xidmətlərinin həyata keçirilmədiyini deyən Ə.Abbasov bildirib ki, gələcəkdə dünyada belə prosedur həyata keçirilsə belə, Azərbaycan hökuməti bunu etməyəcək. Nazir vurğulayıb ki, ölkədə xüsusi informasiya xidmətlər bazasının yaradılması və onun beynəlxalq qəbullara verilməsi çox vacibdir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol