Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb

İtaliyadan Azərbaycana ixracın həcmi təxminən 440 milyon avro təşkil edir. Bu göstərici ilə Azərbaycan İtaliyanın ixrac etdiyi ölkələr arasında Almaniyadan sonra ikinci yerdədir. Bunu İtaliya Ticarət Agentliyinin (ITA Agency) prezidenti Matteo Zoppas bildirib.
Onun sözlərinə görə, Almaniyaya ixracın həcmi təxminən 560 milyon avrodur. Azərbaycana ixracın artırılması üçün geniş imkanlar mövcuddur və həyata keçiriləcək birgə tədbirlər sayəsində bu göstəriciyə çatmaq mümkündür.
Zoppas qeyd edib ki, 2025-ci ildə Azərbaycana 20-yə yaxın İtaliya nümayəndə heyətinin səfəri təşkil olunub. 2026-cı ildə isə bu istiqamətdə fəaliyyət genişləndirilib, iştirakçıların sayı 50-dən 100-ə çatdırılıb.
O bildirib ki, nümayəndə heyətlərinə daxil olan alıcılar, idxalçılar və yerli distribütorlarla əməkdaşlıq “Made in Italy” məhsullarının Azərbaycanda təşviqi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

























