Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov

Kəlbəcərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 2020-ci ildəki 49 milyon manatdan 1,5 milyard manata çatıb. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son beş ildə rayonun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb.
Onun sözlərinə görə, Kəlbəcər təkcə aqrar və turizm deyil, həm də sənaye sahəsində böyük potensiala malikdir. Rayon təbii ehtiyatlarla zəngin olduğundan onun iqtisadi fəallığının bərpası üçün geniş imkanlar mövcuddur.
Bayramov qeyd edib ki, 2020-ci ildə Kəlbəcər rayonunda cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda bu göstərici 150 milyon manata çatıb.
Deputatın sözlərinə görə, bərpa və yenidənqurma işləri nəticəsində rayonda tikinti sektorunda da ciddi artım qeydə alınıb. Belə ki, son beş ildə bu sahədə fəaliyyət 165 dəfə artıb.
Bayramov bildirib ki, 27 illik işğal dövründə Kəlbəcər rayonu dağıdılıb, təbii ehtiyatları isə qeyri-qanuni mənimsənilib. İlkin qiymətləndirmələrə görə, işğal nəticəsində rayona azı 10 milyard dollar ziyan dəyib.


Son xəbərlər 
Daha çox 






















