• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell jurnalistlər üçün seminar təşkil edib

Bakcell jurnalistlər üçün seminar təşkil edib
29.05.2020 08:22
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş” adlı seminar təşkil edib.

 Seminarın məqsədi ümumilikdə informasiya-kommunikasiya texnologiyaları və mobil telekommunikasiya, mobil telekommunikasiyanın bügünü və gələcəyi, İnternet təhlükəsizliyi, abunəçilərin mobil operatorlardan gözləntiləri və s. haqqında jurnalistlərin məlumatlılığını artırmaq olub.

28-29 noyabr tarixlərində Qusar rayonunda "Şahdağ Pik Palace” otelində keçirilən tədbirdə "Bakcell”in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu abunəçinin öz mobil rabitə təchizatçısından gözləntiləri, yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko mobil telekommunikasiyanın bügünü və inkişaf perspektivləri, əlavə xidmətlər bölməsinin rəhbəri Gürel Aktaş mobil kommukasiyada geniş yayılmış əlavə xidmətlərin əhəmiyyəti, yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov mobil imza və mobil tətbiqetmələr və Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamov kiber gigiyena haqqında faydalı təqdimatlar ediblər.

Seminar iştirakçıları "Bakcell” tərəfindən Şahdağ ərazisində yerləşən oteldə quraşdırılan və burada mobil rabitəni təmin edən binadaxili avadanlığın yerləşdiyi əraziyə baş çəkib, qurğunun iş prinsipi ilə tanış olublar. Bakcell son illər ərzində istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgələrində yerləşən böyük binalarda bu cür binadaxili həllər quraşdırıb.

Həmçinin seminarın keçirildiyi müddət ərzində Bakcell Şahdağ ərazisinə mobil (daşına bilən) baza stansiyası gətirib və bu qurğu jurnalistlərə nümayiş etdirilib. Şirkətin xüsusi avtomobillər üzərində daşınan mobil baza stansiyalarını istənilən nöqtədə qurmaq və keyfiyyətli mobil rabitə xidmətindən istifadə etmək mümkündür.

"Biz seminarda təqdim etdiyimiz hər bir mövzunu mətbuatın gündəlik təhlilinə və diqqət mərkəzində olan aktual mözvulara əsasən seçdik. Bu, çox uğurlu bir model oldu və jurnalistlər tərəfindən böyük maraqla qarşılandı. Bu formatda seminarlar mütəmadi olaraq olaraq jurnalistlər, tələbələr və s. üçün təşkil olunacaq”, deyə "Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol