Qidanın tərkibini təhlil edən smartfon yaradıldı

İsrail alimlərinin hazırladığı kiçikölçülü kamera real vaxt rejimində üzvi maddələri təhlil edəcək.
Tədqiqatçılar bildiriblər ki, belə kamera smartfonlara quraşdırıla bilər. Onun köməyilə istənilən istifadəçi qida məhsullarının kimyəvi tərkibini müəyyənləşdirmək imkanına malik olacaq.
"ICTnews" elektron xəbər xidməti "tgdaily.ru” saytına istinadən bildirir ki, kamera insan gözü ilə görünməyən hiperspektral rejimdə işləyir. Bu kameranın köməyi ilə əldə olunacaq informasiya smartfonun ekranında göstəriləcək. Sistem "Unispectral” adlanır.
Smartfonun bu kamera ilə təchiz edilmiş işlək prototipinin 2015-ci ilin yayın ortalarında təqdim ediləcəyi gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















