• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sığorta haqları arta bilər - Video

Azərbaycanda sığorta haqları arta bilər - Video
21.04.2015 22:06
İcbari sığorta haqları artırıla bilər.

ANS TV-nin məlumatına görə, sığorta şirkətlərinin istəyi ilk növbədə avtomobillərin icbari sığortası ilə bağlı haqların artırılmasıdır. Buna səbəb kimi şirkətlər onu göstərir ki, dolların məzənnəsi artdıqdan sonra avtomobillərin xaricdən gətirilən ehtiyat hissələri bahalaşıb. Buna görə, avtomobillərə dəyən zərərin ödənməsi baha başa gəlir.

Maliyyə Nazirliyi də şirkətlərin bu arqumentini əsaslı sayır. Amma nazir hələ ki, artıma tələsmədiklərini deyir. Məsələ araşdırıldıqdan sonra yaxın vaxtlarda qərar açıqlanacaq.

Sığorta ilə bağlı şikayətlərin artmasına gəlincə, nazir Samir Şərifov bu məsələdə agentlərin müştərilərə yanlış məlumat verməsini xüsusi qeyd etdi.

Agentlər sığorta polisini satmaq üçün müştərini daha böyük zəmanətlər veriləcəyi vədilə şirnikləndirir. Sonda isə bunu almayan müştəri şirkətdən şikayətçi olur.

Məhz bu halın baş verməməsi üçün şirkətlər özləri müştərilərini düzgün maarifləndirməlidir. Nazirliyin onlardan əsas tələbi də budur.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, hər bir kəs bilməlidir ki, sığortaya gedəndə, müəyyən məbləğ ödəyir. "Onun müəyyən risklərini sığortalayırlar. Heç bir şirkət sənin bütün risqlərini tam olaraq sığortalamır. Ona görə, sığorta şirkətilə müqavilə bağlayarkən onun diqqətlə oxuyun. Sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil. Sığorta şirkəti 100 nəfərin hər birindən 10 manat pul topladıqda bir hadisə baş verəndə yığdığı pulun hamısı gedir", - deyə Samir Şərifov bildirib.

Amma nazir deyir ki, şikayətlər arasında əsassızlarına da rast gəlinir. Bəzi insanlar məqsədli şəkildə fırıldaqçılıq yolu seçir.

"Şahidi olmuşuq ki, bəzi müştərilər düşünülmüş şəkildə sığorta şirkətlərindən pul qoparmaq istəyirlə. Hansı ki, əllərində tutarlı əsasları belə yoxdur. Amma bu cür hallara çox rast gəlinmir” – deyə maliyyə naziri Samir Şərifov bildirib.

Bütün sığorta şikayətlərini araşdırmaq üçün Maliyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Bu komissiya həftənin 3-cü günü saat 17-yə qədər vətəndaşları qəbul edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol