• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir arayışı elektron almaq olacaq

Daha bir arayışı elektron almaq olacaq
29.05.2020 00:46
Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayış elektron qaydada veriləcək.
 
Elektron xidmətin icraçısı qismində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi çıxış edir.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi ərizə formasını (Əlavə №1) elektron xidmətin təqdim edildiyi internet ünvanından (www.mia.gov.az) yükləyərək doldurmalı və elektron poçt ünvanına ([email protected], [email protected]) göndərməli olacaq.
 
Prosedura əsasən, istifadəçinin ərizəsində göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanıldıqdan sonra müvafiq arayış (Əlavə №2) tərtib olunur. Sənəd DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
 
Sorğu qeydiyyata alındığı tarixdən 1 iş günü ərzində icra olunur.
 
Sorğunun nəticəsində tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə məlumat istifadəçinin elektron poçt ünvanına göndərilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol