“Apple” yeni “iPod touch” təqdim etdi

"Apple” korporasiyası "iPod touch” pleyerinin yeni modelini təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru” saytına istinadən bildirir ki, yeni qurğu 8 meqapiksellik "iSight” kamerası, "A8” prosessoru və hərəkətin izlənilməsi üçün "M8” soprosessoru ilə təchiz edilib. Pleyer "selfi” üçün təkmilləşdirilmiş "HD” kamera, həmçinin videonun sabitləşməsi, yavaşıdılmış çəkiliş funksiyaları əlçatandır.
"iPod touch” qurğusuna "iOS 8” əməliyyat sisteminin son versiyası quraşdırılacaq.
Qeyd edək ki, "iPod touch” pleyerləri 2007-ci ildən istehsal edilir. Qurğu "iOS” əməliyyat sistemi ilə işləyir və görünüşcə "iPhone” smartfonuna oxşayır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















