Xalq artisti Habil Əliyev I Fəxri xiyabanda dəfn olundu

Xalq artisti Habil Əliyev dəfn olunub.
"Report" xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi I Fəxri xiyabana gətirilib və torpağa tapşırılıb.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafər Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Fəxrəddin Dadaşov, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.
Xatırladaq ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Sentyabrın 8-də 89 yaşında dünyasını dəyişib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















