Orxan Pamukun romanı Londonda birinci oldu

Orxan Pamukun 2014-cü ilin dekabr ayında "Yapı Kredi Yayınları” tərəfindən dərc edilən sonuncu romanı "Kafamda bir tuhaflık” Londonda çox satılanlar siyahısında birinci olub.
"Evening Standart” qəzetinin Londonun məşhur "Blackwells”, "Daunt Books”, "Foyles”, "Heywoods Hill”, "Waterstones” kimi kitab mağazları ilə birgə apardığı sorğunun nəticəsində"Kafamda bir tuhaflık” romanı birinci sırada yer alıb. 2014-cü ilin dekabr ayında çap olunan roman müəllifinə "Aydın Doğan Vakfı”, "Ərdal Öz Ödülləri” mükafatını qazandırıb və otuz səkkiz dilə tərcümə edilib.
Qeyd edək ki, "Kafamda bir tuhaflık” bu həftə Amerikalı oxuculara təqdim ediləcək. Bu münasibətlə Orxan Pamuk Amerikanın altı şəhərinə təqdimat turuna çıxacaq.
Sim-sim.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















