Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Musiqi yarışmasında səkkiz ölkənin təmsilçiləri bir araya gələcək
Bu gün Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, VII Beynəlxalq Uşaq Muğam Festivalı saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.
Ənənəvi festival "Kainat" Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, "PAŞA Bank"ın baş sponsorluğu ilə təşkil edilir.
Musiqi yarışmasında səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçiləri bir araya gələcək.
Gənc muğam ifaçılarının çıxışlarını xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















