Moskvada Müslüm Maqomayevin xatirəsi anılacaq

Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılacaq.
Anım mərasimində musiqiçinin yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, xalq artistinin pərəstişkarları iştirak edəcəklər.
Qeyd edək ki, Rusiyanın "Pervıy kanal” televiziya kanalında musiqiçinin memuarları əsasında çəkilmiş "Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin premyerası keçiriləcək. Filmin ərsəyə gəlməsində tanınmış müğənni Emin Ağalarov və rejissor Mehdi Məmmədov bir neçə il çalışıb.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















