Elçinin "Şekspir" əsəri Nyu-York səhnəsində

Azərbaycanın xalq yazıçısı, professor Elçin Əfəndiyevin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, tamaşanın premyerası noyabrın 18-də olacaq.
5 gün boyunca Nyu-Yorkda tamaşaçılara təqdim ediləcək tamaşanın rejissoru, Nyu-Yorkun ("The Complete Theatre Company") teatrının bədii rəhbəri Enni Uorddur.
Qeyd edək ki, əsər sürrealist satira janrındadır. Əsərdə hadisələr psixiatrik xəstəxanada cərəyan edir.
Xatırladaq ki, Elçinin "Şekspir" əsəri dünyanın bir neçə ölkəsində tamaşaya qoyulub.
Hazırda Akademik Milli Dram Teatrının repertuarında olan tamaşa ilk dəfə 2012-ci il martın 6-da oynanılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















