Aygün Səmədzadənin sənət gecəsi keçiriləcək - FOTO

Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin "Biri varmış biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, dekabrın 1-i Heydər Əliyev sarayında baş tutacaq konsertdə respublikanın bir çox tanınmış musiqi xadimləri iştirak edəcək. Sənət gecəsində bəstəkarın populyar mahnılarıyla yanaşı, bir sıra simfonik əsərlərinin və xoreoqrafik nömrələrin olacağı gözlənilir.
Konsertdə iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.
Qeyd edək ki, konsert fərqli və maraqlı səhnə tərtibatı, ssenarisi ilə diqqət çəkəcək.
Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















