Azərbaycanın əməkdar kino işçisi vəfat etdi

Əməkdar kino işçisi, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının keçmiş laboratoriya müdiri Faiq Əliyev dünyasını dəyişib.
Bu barədə "Report"a kinostudiyanın əməkdaşı, rəssam Şahin Həsənli məlumat verib.
Qeyd edək ki, Faiq Əliyev 1944-cü ildə Bakı şəhərində anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Kinostudiyada fəaliyyət göstərən "Aşkarfilm" studiyasının rəhbəri olub. Kinostudiyanın filmləri aşkarlaması prosesində ən yaxşı mütəxəssis hesab edilib.
Mərhum kino işçisi bu gün saat 14.00-da "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















