Tehranda iranlıların pis xasiyyətləri haqda 10 cildlik kitab

İranın Mədəniyyət, İncəsənət Əlaqələri İnstitutunun rəhbəri Məhəmmədrza Cavadi Yeganə bəyan edib ki, Tehranda iranlıların mənfi xüsusiyyətləri haqda 10 cildlik kitab nəşr edilib, bu yaxınlarda təqdimatı olacaq.
Kitab xarici səyyahların iranlılar haqda dediklərini, yazdıqlarını əhatə edir, Pifaqor dövründən – eramızdan əvvəl 500-cü ildən 1978-ci ilədək xarici səyyahların qeydlərini toplayır.
Oncildliyi İranın Sosial məsələlər üzrə Dövlət Konsulluğu çap edib. Cildlərdən yalnız ikincisi iranlıların müsbət xüsusiyyətləri haqdadır.
M.Cavadi deyib ki, Schwartz ümuminsani dəyərlər sisteminə görə, iranlıların 100 pis xüsusiyyəti var.
İranda olmuş xarici səyyahların ən çox qeyd etdikləri pozitiv xüsusiyyətlər bu xalqdakı qonaqpərvərlik, nəzakətlilik, istiqanlılıq, komplimentlər deməyə meyldirsə, neqativ xüsusiyyətlər iranlıların pis idarəçiliyi, azlıqlara qarşı sərt davranması və sairdir. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















