Qonkur mükafatının qalibi elan edildi

Parisdə Fransanın nüfuzlu Qonkur ədəbiyyat mükafatının builki qalibi elan edilib. Bu, 43 yaşlı yazıçı Matias Enardır (Mathias Énard).
O, bu mükafatı bu il "Actes Sud” nəşriyyatında çap edilmiş "Kompas” (Boussole) romanına görə qazanıb.
Roman avstriyalı musiqiçi, onun Yaxın Şərqə səfəri haqdadır. Bu "iddialı romanında Enar Şərq haqda qavrayışları qərb klişesindən çıxarmağa çalışır.”
Enarın kitabı münsiflərin on səsindən altısını alıb.
"Kompas” yazıçının sayca onuncu kitabıdır. O, bundan əvvəl də Qonkur mükafatı qazanıb. Yazıçı uzun müddət Yaxın Şərqdə yaşayıb. Ərəb-fars ədəbiyyatını bilir.
"Özümü bir qədər ərəb hiss edirəm. Bu romanla göstərmək istəmişəm ki, dünya eyni cür deyil, müxtəlif cürdür. Bizim dünyada çoxlu dünyalar var: Avropadan Şərqə, İstanbul, Dəməşq, Beyrut, Qahirə, Tunis, Əlcəzair – bunların hər biri fərqli bir dünyadır. Özü də onlar təhlükəli deyillər.”
Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















