"Hacı Qara" Sumqayıt teatrında

Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.
"Report" xəbər verir ki, teatrda Mirzə Fətəli Axundovun "Sərgüzəşti-mərdi xəsis” komediyası əsasında hazırlanmış yeni "Hacı Qara” tamaşasına daxili baxış keçirilib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşa orijinal traktovkası, musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir.
Əsas rolları Akif Mirzəyev, əməkdar artist İlham Səfərli, Cəlal Məmmədov, İlahə Vilayət qızı, İlahə Səfərova, Rövşən Əsgərov, Mətləb Səfərli canlandırırlar. Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, kollektiv üzvləri, Məzahir Süleymanov, Şahmar Qəribli, əməkdar artistlər Namis Şirməmmədov, Ulduzə Nəsir, İzaməddin Bağırov, qonaqlar Hafiz İmamnəzərli, Vaqif Ağayev, Rövşən Almuradlı çıxış edib.
Qeyd edək ki, yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















