Şərif Ağayar qəzaya uğradı

Düzgün olmayan ötmə əməliyyatı qəzaya səbəb oldu.
Dünən axşam saatlarında paytaxtın Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində iki minik avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Qəza, yazıçı Şərif Ağayar kimi tanınan Ağayarov Şərif Ziyadxan oğlu idarə etdiyi "Mercedes” markalı avtomobillə geriyə dönmək istəyərkən baş verib. Yazar avtomobillə geriyə dönərkən arxadan gələn Mirzəyev İdris Muxtar oğlunun idarə etdiyi "Mitsubishi” markalı pikap avtomobili Mercedesə çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, "Mercedes”ə ziyan dəyib.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı qəzanın pikapın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma davam edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















