"MTN işi"ndən dedektiv roman yazılacaq

"Cəmiyyətdə baş verən heç bir hadisə mənim yaradıcılğımdan kənarda qalmır. Hər zaman çalışmışam ki, bu günümüzü yazım. Son günlər baş verən hadisələr, MTN olayları da gələcək əsərlərimdə öz təsirini buraxacaq”.
Bunu Modern.az saytına açıqlamasında tanınmış dedektiv-yazar Elxan Elatlı bildirib. Qeyd edək ki, dünya dedektiv ədəbiyyatının ənənələrindən biri də yazıçının aid olduğu cəmiyyətin, eləcə də bütün dünyanın siyasi-sosial gündəmini əks etdirməkdir. Romanlarının bir çoxunda güc orqanlarından, Qarabağ hadisələrindən bəhs edən tanınmış dedktiv yazar Elxan Elatlı son zamanlar bütün gündəmi zəbt edən Milli Təhlükəsizlik Nazirliyi ətraflı yaşanan hadisələrdən romanında bəhs edəcəyini deyib:
"Heç kim istəməzdi ki, belə bir şeylər olsun. İnsanı təəccübləndirən bir məsələdir və mənim yazılarımda təsirsiz ötüşməyəcək. Siz də bunu hiss edəcəksiniz. Ən çox da onların sahibkarlarla davranışlarına gələcək romanımda bəhs edəcəyəm”.
Sabir maliyyə naziri Əvəz Ələkbərov bir müddət öncə Modern.az-a açıqlmasında məşhur yazıçı Çingiz Abdullayevə "MTN işi"ndən yeni dedektiv roman yazmağı tövsiyə etmişdi. Belə görünür ki, Elxan Elatlı Çingiz Abdullayevi qabaqlayacaq.
Qeyd edək ki, Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzqlaşdırılması ilə güc qurumunda çox ciddi qanunsuzluqlar aşkarlanıb. Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşları həbs olunub, bəziləri isə vəzifəsindən uzaqlaşdırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















