“Qızıl Qlobus” mükafatının qalibləri elan olundu

Beynəlxalq Kinomətbuatı Assosiyası sayca 73-cü dəfə "Qızıl Qlobus” mükafatının qaliblərini elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Los Anceles şəhərində baş tutan mərasimin əsas qəhrəmanı Alexandro Qonzalez İnyarittunun "Sağ qalmış” filmi olub. Meksikalı rejissorun filmi "İlin ən yaxşı dramatik filmi”, "İlin ən yaxşı rejissor işi” və filmdə baş rolu ifa edən Leonardo Di Kaprio "İlin ən yaxşı aktyoru” nominasiyalarında qalib olub.
"Ən yaxşı dramatik aktrisa” nominasiyasında Bri Larson (Otaq), ən yaxşı komediya yaxud müzikl nominasiyasında "Marslı”, ən yaxşı komediya aktyoru nominasiyasında Mett Deymon və ən yaxşı komediya aktrisası nominasyasında isə Cennifer Lourens (Coy) qalib olub.
Hesab olunur ki, "Qızıl Qlobus” mükafatı "Oskar”dan sonra ikinci ən nüfuzlu kino mükafatı hesab olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















